Modern.az

Narkokuryerdən silah götürüldü - VİDEO

Narkokuryerdən silah götürüldü - VİDEO

Aktual

17 İyun 2025, 11:12

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan  37 yaşlı Nail Ağabalayev saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a bildirilib ki, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram  marixuana, 1 ədəd “Makarov” markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK