Modern.az

Lerikə və Gədəbəyə yeni prokuror təyin edildi

Lerikə və Gədəbəyə yeni prokuror təyin edildi

Aktual

17 İyun 2025, 16:10

Lerikə yeni prokuror təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək k i,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və böyük müstəntiq, habelə Baş Prokurorluğun müxtəlif idarələrində idarə və şöbə prokuroru vəzifələrində işləyib.

Bundan başqa Baş Prokuror Kamran Əliyevin digər əmri ilə Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı