Modern.az

Erməni jurnalistlər İran səfirini Azərbaycanla bağlı təxribata çəkdilər

Erməni jurnalistlər İran səfirini Azərbaycanla bağlı təxribata çəkdilər

Aktual

17 İyun 2025, 17:13

İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuat konfransı keçirib.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, səfir İsrail-İran münaqişəsi fonunda region ölkələrinin yaxşı mövqe nümayiş etdirdiyini, Azərbaycaınn da öz mövqeyini bildirdiyini diqqətə çatdırıb.

“Biz mətbuatda gedən materiallara əsaslanaraq fərziyyələr irəli sürə bilmərik", - Mehdi Sobhani bildirib

Səfir İranın “Zəngəzur dəhlizi” layihəsinə qarşı çıxmağa davam edib-etməməsi, bunun İran üçün “qırmızı xətt” olaraq qalıb-qalmadığı ilə bağlı suala belə cavab verib:

"Bizim “qırmızı xətt”lərlə bağlı fikrimiz heç vaxt dəyişmir. Düşünürəm ki, region ölkələri gərginlik istəmir".


Mehdi Sobhani erməni jurnalistlərin İsrail dronları ilə bağlı təxribatçı suallarına da cavab verib.

Dronların guya Azərbaycan ərazisindən qalxdığı barədə videolara toxunan səfir deyib ki, bunun doğru olduğunu sübut edən etibarlı faktlar və hərəkətlər olmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı