Modern.az

Bu rayonların işığı KƏSİLƏCƏK

Bu rayonların işığı KƏSİLƏCƏK

Aktual

18 İyun 2025, 08:54

Bu gün Quba, Qusar və Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

“Azərişıq”dan Modern.az-a verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/10 kV-luq "Yeni Həyat" yarımstansiyasında 18 iyun tarixində profilaktik təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Qubanın Yeni Güləzi, Qusarın Atlıxan, Avaranqışlaq, Cağarpalasa, Çubuqlu, Kuzunqışlaq, Quxuroba, Ləgərqışlaq, Minaxür, Susayqışlaq, Zindanmuruqqışlaq, Xaçmaz rayonunun Həbibkənd kəndi və Yeni Həyat qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Bildirilir ki, təmir işləri başa çatdıqdan sonra sözügedən kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!