Modern.az

Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu

Naxçıvanda yeni qurum yaradıldı - Rəis təyin olundu

Aktual

18 İyun 2025, 11:30

Naxçıvan Muxtar respublikasında (MR) yeni qurum yaradılıb, rəis təyin olunub.

Modern.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi yaradılıb.

Bu gün keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib. ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçivan regional bölməsinin rəisi təyin olunub.

Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!