Modern.az

Paşinyan Karapetyanın həbsindən danışdı: “Heç kimə dözməyəcəm!”

Paşinyan Karapetyanın həbsindən danışdı: “Heç kimə dözməyəcəm!”

Aktual

18 İyun 2025, 12:06

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda saxlanılan iş adamı Samvel Karapetyanla bağlı açıqlama verib.

Modern.az xəbər verir ki, Paşinyanın jurnalistlərə bildirdiyinə görə, iş adamı və xeyriyyəçi Samvel Karapetyanın bir müddət öncəki bəyanatı kilsəyə deyil, Ermənistana aiddir.

"Onlar elə təəssürat yaratmağa çalışıblar ki, kimlərsə haradansa Ermənistana gəlib özlərinə görə nəsə edə bilər. Ermənistanın konkret reaksiya rıçaqları var və mən heç kimə dözməyəcəyəm və ən sərt tədbirlər tətbiq edəcəyəm", - baş nazir qeyd edib.

Paşinyanın sözlərinə görə, Ermənistan demokratik dövlətdir və burada hər kəs öz fikrini bildirmək, mitinq keçirmək hüququna malikdir, lakin heç kim Ermənistanı təhdid edə bilməz.

Samvel Karapetyan bu gün İstintaq Komitəsinə aparılıb və onun barəsində cinayət işi başlanıb.

Xatırladırıq ki, Samvel Karapetyan bir neçə gün öncə Paşinyanın din xadimlərini tənqid etməsi fonunda Erməni Apostol Kilsəsini dəstəkləyən bəyanat verib.

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!