Modern.az

Azərbaycanda hakimlərin sayı 3 üç dəfə artırılmalıdır

Azərbaycanda hakimlərin sayı 3 üç dəfə artırılmalıdır

Aktual

18 İyun 2025, 12:26

Azərbaycanda hakimlərin sayı azdır, onların sayı 3 üç dəfə artırılmalıdır.

Modern.az-ın xəbərinə görə, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın panel müzakirəsində Ali Məhkəmənin sədri müavini və Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov deyib.

O təəssüflə qeyd edib ki, bu gün Azərbaycanda hakimlərin sayı 654 nəfərdir:

"100 min adama düşən hakim sayı 13 faizə yaxındır. Dünya göstəriciləri statistikasına əsasən, Azərbaycan axırıncı yerdədir. Dünya praktikasında Azərbaycan kimi ölkələrdə hər 100 min nəfərə düşən hakim sayı 17-18 faizdir. Ona görə bizdə hakimlərin sayı üç dəfə artırılmalıdır. Məhkəmə-Hüquq Şurasında müxtəlif variantlar nəzərdən keçirilir".

Ç.Əsgərov əlavə edib ki, qəbul edilmiş qaydalara əsasən, hakimlərin seçilməsi prosesi xeyli sadələşib.

"Əvvəllər hakimin seçilməsi prosesi 6 imtahandan ibarət olub. Bir hakimin seçilməsi və təyin edilməsi 2 il davam edib", - o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!