Modern.az

“Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq!” - Paşinyan

“Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq!” - Paşinyan

Aktual

18 İyun 2025, 12:44

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrandakı vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib, lakin onlar bu barədə rəsmi açıqlama verməyiblər.

Modern.az xəbər verkir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir Sünik bölgəsinə (Zəngəzura-red.) hər hansı təhlükənin olmadığını da vurğulayıb:

“Mən bu cür bəyanatları təxribat xarakterli və əsassız hesab edirəm", - o, jurnalistlərə deyib.

Paşinyan bildirib ki, Zəngəzura hücum olacağı haqda bəyanatlar Ermənistan vətəndaşlarında təşviş və panikaya səbəb olur.

"Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində razılığa gəliblər. Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq", - baş nazir əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!