Modern.az

İran İsrailə 400 ballistik raket atıb

İran İsrailə 400 ballistik raket atıb

Aktual

18 İyun 2025, 15:42

İyunun 13-dən bəri İran ərazisindən İsrailə 400 ballistik raket atılıb. Onlardan 40-nın yerə düşməsi nəticəsində 24 nəfər ölüb, 800-dən çox insan isə yaralanıb.

Modern.az xəbər verir ki, İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bu barədə özünün sosial media hesabında yazıb.

“İrana qarşı əməliyyat başlayandan bəri İsrailə 400-ə yaxın ballistik raket və yüzlərlə pilotsuz təyyarə buraxılıb”, - deyə Gendelman bildirib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 24 israilli həlak olub, 804 nəfər yaralanıb, 3800 nəfər isə təxliyə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!