Modern.az

Mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır

Mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır

Aktual

18 İyun 2025, 15:57

Ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinə məruz qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitar fəsadlardan hələ də əziyyət çəkməkdədir. İşğaldan azad edilmiş ərazilərdə mövcud mina problemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidlər yaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəl törədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakıda "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.

O bildirib ki, Ombudsman təsisatı olaraq qanunvericiliyin təkmilləşdirilməsi prosesində yaxından iştirak edir, normativ-hüquqi akt layihələrinə dair tərəfimizdən rəy və təkliflər verilir, habelə qanunların qəbul edilməsi, ləğv edilməsi və ya onlarda dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə təkliflər təqdim olunur.

"Ombudsman və milli insan hüquqları təsisatlarının məhkəmə orqanları ilə əməkdaşlığı qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verir. Bu əməkdaşlıq, hüquqi problemlərin sistemli şəkildə aşkarlanmasına, hüquq və azadlıqların müdafiəsi üzrə preventiv və effektiv tədbirlərin görülməsinə şərait yaradır, insan hüquqlarının institusional müdafiəsini gücləndirir. Konstitusiya Məhkəməsi ilə əməkdaşlığımız öz növbəsində qanunun aliliyinin təmin edilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə və hüquq müdafiə mexanizmlərinin effektivliyinin artırılmasına xidmət edir", - deyə ombudsman vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!