Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana təşəkkür edib.
Modern.az xəbər verir ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı o, incəsənət xadimləri daxil olmaqla, Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində ölkəmiz tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.