Modern.az

Qaradağda 18 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

Qaradağda 18 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

Aktual

18 İyun 2025, 17:30

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!