Modern.az

İşdən çıxarılan prokurora yeni vəzifə verildi

İşdən çıxarılan prokurora yeni vəzifə verildi

Aktual

19 İyun 2025, 13:26

Prokurorluq orqanlarında yeni kadr təyinatı olub.

Modern.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan MR Sədərək rayon prokuroru Valid Mustafayev tutduğu vəzifədən azad edilib.

Digər əmrlə Valid Mustafayev Naxçıvan MR Prokurorluğunun DTX, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, dünən Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə Naxçıvan MR-in Sədərək, Şahbuz və Kəngərli rayonlarına prokuror təyinatları həyata keçirilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!