Modern.az

İran Rusiyadan hərbi yardım istəməyib - Peskov

İran Rusiyadan hərbi yardım istəməyib - Peskov

Aktual

19 İyun 2025, 14:16

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilədə qarşılıqlı hərbi yardım haqqında müddəa yoxdur və Tehran Moskvadan bu cür yardım istəməyib.

Modern.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə RBK telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın dəstəyi göz qabağındadır: “Münaqişə başlayandan bəri İsrailin hərəkətini pisləyən bəyanatımız olub. Biz İrana qarşı zərbələrin dayandırılması və məsələnin danışıqlar yolu ilə həlli istiqamətində israrlı mövqe bildirmişik”.

Peskov, həmçinin Moskvanın İran-İsrail münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğuna diqqət çəkib. “Prezident Vladimir Putin bunu həm amerikalı həmkarı Donald Trampla, həm İsrailin Baş naziri Benyamin Netanyahu ilə, həm də İran Prezidenti Məsud Pezeşkianla apardığı telefon danışıqlarında müzakirə edib”, - deyə mətbuat katibi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!