Modern.az

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşdü

Aktual

19 İyun 2025, 15:24

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 19-da BP şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Azərbaycan ilə BP arasında uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin əhəmiyyəti vurğulanıb, gündəlikdə duran perspektivli layihələr nəzərdən keçirilib.

Eyni zamanda SOCAR ilə BP arasında mövcud əməkdaşlıq imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

M.Aukinkloss BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunan regional prezidenti Ciovanni Kristofolini Ə.Əsədova təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!