Ermənistanın “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyanın yeniyetməlik və gənclik dövründən yazıb.
Modern.az xəbər verir ki, Paşinyana orta məktəbdə dərs demiş adını açıqlamayan müəllimlərdən biri qəzetə onun dəcəlliklərindən danışıb.
Bildirib ki, Nikol məktəb illərində müəllimlərinə ciddi problemlər yaradırmış.
“Tez-tez dərsdən qaçardı, bütün məktəbə bəla idi və iş o yerə çatdı ki, atası, eyni məktəbdə bədən tərbiyəsi müəllimi işləyən Vova Paşinyan onu hamının gözü qarşısında döydü. Başqa sözlə desək, o, yeniyetməlik illərindən problem çıxarmaq, fitnə-fəsad törətməklə xarakterizə olunurdu”, - müəllim deyib.
Sonra Nikol təkbaşına paytaxta gəlib, İrəvan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub və tələbəlik illərində müxtəlif qəzetlərdə işləməyə başlayıb.
Qeyd edilib ki, Nikol tələbəlik illərdində işlədiyi qəzetlərdə universitetinə, müəllimlərinə, müxtəlif məmurlara qarşı o qədər yazılar yazıb ki, 4-cü kursda təhsilini yarımçıq qoymağa məcbur olub. Çünki onu İrəvan Dövlət Universitetindən xaric ediblər,
“Jurnalistika fakültəsinin dekanı, özü də icevanlı (Nikolun həmyerlisi-red.) olan Qarnik Ananyan onun haqqında həmişə pis danışırdı. Paşinyan təkcə dekan haqqında deyil, onun bacısı, İcevan vilayət komitəsinin katibi Cemma Ananyan haqqında da yazılar yazıb. Bir tərəfdən dərsə getmirdi, bir tərəfdən də konflikt yaradırdı, fakültə dekanı 5-ci kursda onu universitetdən xaric etmək qərarına gəldi. Bundan sonra o, ciddi şəkildə jurnalistika ilə məşğul olmağa başladı, “Planet” qəzetində çalışdı, sonra oradan ayrıldı, “Oragir”, daha sonra isə “Haykakan Jamanak” qəzetlərini açdı”, - baş nazirin keçmiş müəllimi deyib.
"Hraparak" Nikol Paşinyanın siyasətə gələndən, baş nazir seçiləndən sonra da dəlisov davaranışlarını yerə qoymadığını qeyd edib.
A.Qorxmaz