Modern.az

Azərbaycanla Özbəkistan hərbi mütəxəssisləri görüşdü

Azərbaycanla Özbəkistan hərbi mütəxəssisləri görüşdü

Aktual

19 İyun 2025, 17:36

Azərbaycan və Özbəkistan respublikaları arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq, Bakıda hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, nümayəndələr rabitə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparıblar.

İşçi görüşü zamanı birgə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!