Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri bu gün Cenevrədə iranlı həmkarları Abbas Araqçi ilə danışıq aparacaqlar.
Modern.az BBC-yə istinadla xəbər verir ki, görüşün əsas məqsədi İsrail və İran arasındakı gərginliyi azaltmaq və qarşıdurmaya diplomatik həll yolu tapmaqdır.
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın da görüşdə iştirakı gözlənilir. Fransanın xarici işlər naziri Jan Noel Barro bildirib ki, danışıqlar İranın nüvə və ballistik raket proqramlarının davamlı şəkildə məhdudlaşdırılması məqsədi daşıyır.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi X platformasında paylaşdığı açıqlamada qeyd edib ki, Yaxın Şərqdə baş verən ağır mənzərələrə son qoymağın və heç kimin xeyrinə olmayan regional eskalasiyanın qarşısını almağın zamanıdır.