Modern.az

Paşinyan Ərdoğanın qəbuluna GEDİB - YENİLƏNİB

Paşinyan Ərdoğanın qəbuluna GEDİB - YENİLƏNİB

Aktual

20 İyun 2025, 12:38

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Modern.az xəbər verir ki, Ermənistanın baş nazirini İstanbul beynəlxalq hava limanında Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci qarşılayıb.

Rəsmi məlumata görə, Nikol Paşinyan yerli erməni icmasının nümayəndələri ilə görüşəcək.

Baş nazir Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan axşam saatlarında görüşəcək.

***
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd edilib ki, bu gün İstanbuldakı Dolmabaxça sarayında Ərdoğan-Paşinyan görüşü baş tutacaq.

Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, xarici işlər nazirinin müavini Vaan Kostanyan, həmçinin Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesində xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan daxildir.

“Joğovurd” qəzeti özünün etibarlı mənbələrinə istinadən yazıb ki, Paşinyan Azərbaycanla sülh sazişi üzrə danışıqlar aparmaq üçün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşə gedib.

İddialara görə, Nikol Paşinyan 2026-cı il parlament seçkilərinə qədər nəyin bahasına olursa-olsun Azərbaycanla sülh sənədin imzalanmasına çalışır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB