Modern.az

ADSEA Zabuxçay su anbarına mediatur təşkil etdi - FOTO

ADSEA Zabuxçay su anbarına mediatur təşkil etdi - FOTO

Aktual

20 İyun 2025, 11:20

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Laçın rayonunda yerləşən Zabuxçay su anbarına mediatur təşkil edib.

Modern.az xəbər verir ki, mediaturda ictimaiyyətin məlumatlandırılması məqsədilə 15 media qurumunun nümayəndələri yer alıb.

Qeyd edək ki, Zabuxçay su anbarının tikintisinə Azərbaycan Respublikası Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən başlanılıb. Qubadlı və Zəngilan rayonlarında yerləşən, ümumilikdə 12 100 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən anbarın ümumi tutumu 27 milyon kub metr təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB