İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Şamxani sağdır və vəziyyəti stabildir.
Modern.az xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
Şamxaninin adından Xameneiyə müraciət ünvanladığı bildirilir.
Şamxani Xameneiyə müraciətində “İranın İsrail üzərində qələbəsinin yaxın olduğunü” deyir.
Qeyd edək ki, iyunun 13-də İsrailin iqamətgahına endirdiyi zərbə nəticəsində Şamxaninin ağır yaralandığı və Tehranda xəstəxanaya yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. “New York Times” isə İsrailin İrana hücumlarında ağır yaralanan Əli Şamxaninin öldüyü barədə xəbər yaymışdı.