Modern.az

İlham Əliyev amerikalı sahibkarı qəbul edib

İlham Əliyev amerikalı sahibkarı qəbul edib

Aktual

20 İyun 2025, 14:32

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.

Modern.az xəbər verir ki, Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxundu, onun davamlı olacağına ümidvarlığını bildirdi və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd etdi.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açıldı, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulandı, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunuldu.

Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olundu, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirildi.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB