Modern.az

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edib

Aktual

20 İyun 2025, 16:03

Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdam rayonunda Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Laçın, Xocalı rayonlarının və Naftalan şəhərinin sakinlərini qəbul edib.

Modern.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsində hesabında bildirib.

“Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi”,-deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB