Modern.az

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi - SİYAHI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi - SİYAHI

Aktual

20 İyun 2025, 17:32

Mərkəzi Seçki Komissiyası (MSK) bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, MSK-nın qərarına əsasən, Həsən Hüseyn oğlu İsmayılov 102 saylı Şəmkir şəhər, Yusifəli Məhəmmədəli oğlu Kərimov 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.

Elman Ağamalı oğlu İlyasov 46 saylı Sumqayıt beşinci, Elçin Balakişi oğlu Yarıyev 47 saylı Sumqayıt–Abşeron–Qaradağ, Vüqar Tofiq oğlu Hacıyev və Yusif İsmayıl oğlu Nəsibov 108 saylı Ağstafa, Zeynal Xəlil oğlu Zeynalov 118 saylı Ağdam–Xocalı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin ediliblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB