İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İsrailə yeni hücum təşkil edib.
Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, iyunun 20-də təşkil edilən raket hücumunu SEPAH polkovniki İman Tacik təsdiqləyib. O, İrandan İsrailə raket hücumlarının 17-ci dalğasının başladığını bildirib.
SEPAH rəsmisi İsrailin hərbi məntəqələri, müdafiə sənayesi zonaları və hərbi komandanlıq mərkəzlərini hədəfə almaq üçün həyata keçirilən yeni əməliyyatda pilotsuz uçuş aparatları (PUA) və uzaqmənzilli ballistik raketlərdən istifadə edildiyini açıqlayıb.
Son məlumata görə, İsrailin Hayfa şəhərindəki bir sıra obyektlər vurulub.