Modern.az

Paşinyan Ərdoğanı Ermənistana DƏVƏT EDİR

Paşinyan Ərdoğanı Ermənistana DƏVƏT EDİR

Aktual

21 İyun 2025, 00:02

İyunun 20-də Türkiyədə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan İstanbul şəhərindəki erməni icmasının nümayəndələri ilə görüşüb.

Modern.az xəbər verir ki, Türkiyədə çıxan "Agos" qəzetinin məlumatına görə, Paşinyan 2026-cı ildə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ermənistana dəvət edəcəyini bildirib.

Xatırladaq ki, Paşinyan iyunun 20-də İstanbuldakı Dolmabaxça sarayında Ərdoğanla görüşüb. Rəsmi məlumata görə, görüşdə liderlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini, regional hadisələri və davamlı dialoqun vacibliyini müzakirə ediblər. Eyni zamanda Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı vəziyyəti ətrafında da fikir mübadiləsi aparılıb.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB