İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Hərbi Hava Qüvvələrinin (HHQ) ikinci PUA briqadasının komandiri Aminpur Cudakinin öldürüldüyünü bildirib.
Modern.az xəbər verir ki, bu barədə IDF-in “Telegram” kanalında məlumat verilib.
Qeyd olunub ki, Cudaki IDF qüvvələri tərəfindən ikinci PUA briqadasının əvvəlki komandiri Tahir Purun iyunun 13-də öldürülməsindən sonra bu vəzifəyə təyin edilib və İranın cənub-qərbindəki Əhvaz bölgəsindən İsrail ərazisinə yüzlərlə PUA hücumuna rəhbərlik edib.