Modern.az

Türkiyəyə səfər edən ERMƏNİ LİDERLƏR

Türkiyəyə səfər edən ERMƏNİ LİDERLƏR

Aktual

21 İyun 2025, 11:16

İyunun 20-də Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edib. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşlə bağlı Türkiyə tərəfinin yaydığı məlumatda bildirilir ki, görüşdə iki ölkə arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı cari proseslər müzakirə olunub.

Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib və Türkiyənin bölgədə sülh naminə həyata keçirilən səylərə hər cür dəstək verməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə edilib. 

Bu, erməni liderlərin Türkiyəyə ilk səfəri deyil. Daha öncə də Ermənistana rəhbərlik edənlərdən Türkiyəyə gedənlər olub. Modern.az saytı Türkiyəyə səfər edən erməni liderlərlərin kimlər olduğunu araşdırıb.

Levon Ter‑Petrosyan (Prezident, 1991–1998)

1993-cü ilin aprelində Ter-Petrosyan mərhum prezident Turqut Özalın dəfn mərasimində iştirak etmək üçün nümayəndə heyəti ilə Türkiyəyə gedib. O, həmin vaxt Türkiyə Baş naziri Süleyman Demirellə də görüşüb.

1995-ci ilin oktyabrında Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Birləşmiş Millətlər Təşkilatının 50 illiyinə həsr olunmuş yubiley toplantısında Türkiyə Prezidenti Süleyman Dəmirəllə növbəti dəfə görüşüb.

Serj Sarksiyan (Prezident, 2008–2018)

2008-ci ilin sentyabrında Türkiyənin eks-prezidenti Abdulla Gül Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın dəvəti ilə Ermənistan və Türkiyə milli komandaları arasında dünya çempionatının seçmə oyununa baxmaq üçün İrəvana gedib.

Daha sonra Sarkisyan Gülün təklifi ilə 2009-cu ilin oktyabrında Bursa şəhərində keçirilən Türkiyə - Ermənistan cavab oyununu canlı izləyib.

Məqsəd futbol diplomatiyası çərçivəsində yığma komandalarının oyununa qatılmaq və münasibətləri normallaşdırmaq idi. Bu da 2009-cu ildə imzalanmış Sürix protokolları çərçivəsində atılan addımlardan biri idi. 

Bursada həm də Ermənistan və Türkiyə nümayəndə heyətləri arasında danışıqlar aparılmış, ardınca prezidentlərin görüşü keçirilmiş, sonradan Qarabağ münaqişəsinə görə kəsilən münasibətlərin normallaşması prosesi “futbol diplomatiyası” adlandırılmışdı.

Nikol Pashinyan (Baş nazir, 2018– )

Ermənistan Baş naziri iki dəfə Türkiyədə olub. Baş nazir səviyyəsində onun ilk Türkiyə səfəri 3 iyun 2023-cü ildə reallaşıb. Paşinyan həmin vaxt Prezident Rəcəb Tayyib Ərdoğnanın andiçmə mərasimində iştirak edib.

İkinci səfər isə ötən gün baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında məhdud tərkibdə görüş keçirilib. Bu, rəsmi əlaqələrin normallaşdırılması üçün atılan önəmli addım hesab olunur.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU