Modern.az

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO

Həyətində çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO

Aktual

21 İyun 2025, 11:00

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 39 yaşlı Ceyhun Məmmədov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi 61 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, C.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU