Modern.az

ANAMA işçi axtarır

ANAMA işçi axtarır

Aktual

21 İyun 2025, 12:25

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.

Bu barədə Modern.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, namizədlərin müvafiq vəsiqə və sertifikatları, sözügdən sahədə 2 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq sənədləri [email protected] ünvanına göndərməlidir.

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU