Türkiyə Erməni Fondları Birliyinin sədri Petros Şirinoğlu Baş nazir Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşünün əhəmiyyətini qeyd edib.
Modern.az xəbər verir ki, Petros Şirinoğlu bu barədə Nikol Paşinyanın Türkiyənin erməni icmasının nümayəndələri ilə görüşündə danışıb.
“Prezident Ərdoğanla görüşünüz yaxşı keçərsə, biz Türkiyənin erməni vətəndaşları olaraq özümüzü daha rahat hiss edəcəyik”, - o deyib.
P.Şirinoğlu vurğulayıb ki, Türkiyədə Ermənistan vətəndaşları da yaşayır və onun sözlərinə görə, prezident Ərdoğan onların uşaqlarının yerli erməni məktəblərində oxumasına icazə verib:
"Düşünürəm ki, sən də böyük ürəyi olan biri ilə tanış olduğun üçün şanslısan", - deyə Petros Şirinoğlu Nikol Paşinyana bildirib.