Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilən şəxslər arasında Qurban Sadıqov da var. O, “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edək ki, Qurbvan Sadıqov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri vəzifəsində çalışır.
Qurban Rza oğlu Sadıqov 1993-cü il 2 aprel tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri ilə birlikdə məcburi köçkün düşüb və Bakı şəhərində müvəqqəti məskunlaşıb.
Daha sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə səlahiyyətli nümayəndə təyin edilib.
1993-cü il 17 iyun tarixdən etibarən Nazirlər Kabineti Aparatının Qaçqınların və məcburi köçkünlərin işləri üzrə şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildə şöbə müdiri vəzifəsinə təyin olunub.
Hazırda Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışmaqla 33 il 10 ay dövlət qulluğu stajına malikdir.
Prezidentin 2010-cu il 22 iyun tarixli Sərəncamına əsasən, Q.Sadıqova dövlət qulluğunda səmərəli fəaliyyətimə görə 3-cü dərəcə dövlət müşaviri və 2013-cü il 24 iyun tarixli Sərəncamına əsasən, 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilin.
Ölkə başçısının 2014-cü il 25 iyun tarixli Sərəncamına əsasən isə dövlət qulluğunda səmərəli fəaliyyətimə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Həmçinin Xarici İşlər Nazirliyinin 2019-cu il 9 iyul tarixli Sərəncamına əsasən, "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilib.
12 iyun 1996-cı il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qurban Sadıqov dövlətə və Prezidentə sadiq olmaqla, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifə borcunu səmərəli yerinə yetirir. Özünün etik davranışı və peşəkar fəaliyyəti ilə hər kəsin inamını artırmağı və möhkəmləndirməyi, ölkəsinin, çalışdığı dövlət organının və dövlət qulluğunun nüfuzunu möhkəmləndiməyi, öz adını və şərəfini uca tutmağı yüksək səviyyədə bacarır.