Modern.az

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Azərbaycan mobil xidmətlər üzrə qabaqcıl ölkələr sırasındadır

Aktual

21 İyun 2025, 16:47

Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2024-cü il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəd 173 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəricilərini əhatə edir. 

Modern.az xəbər verir ki, müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendləri müşahidə etmək, inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır. Ümumilikdə yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlılığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında hesablanır.

Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən il indeks üzrə göstəricisini təqribən 3,07 artıraraq 73,8 indeks xalı toplayıb. 

İndeks üzrə artım ölkənin mövqeyinə də təsir edib. Belə ki, 2023-cü illə müqayisədə 8 pillə irəliləyərək 65-ci pillədə olmaqla qabaqcıl (advanced) ölkələr sırasında qərarlaşıb. Qeyd edək ki, ötən il də Azərbaycan qabaqcıl ölkələr sırasında idi.

Məlumat üçün bildirək ki, hesabata 93,41 xala malik Danimarka başçılıq edir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU