İranın xarici işlər naziri Seyid Abbas Arakçi İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Modern.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğan Lütfi Kırdar Konqres Mərkəzində Abbas Arakçini qəbul edib.
İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyilə İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası başlayıb. İclasda 40-dan çox xarici işlər naziri, o cümlədən İranın xarici işlər naziri Abbas Arakçi iştirak edir. Ölkələrin nümayəndə heyətlərinin rəhbərlərindən 43-ü nazir, 5-i isə nazir müavinidir.
Məlumata görə, İstanbulda İranla bağlı xüsusi iclas keçiriləcək. İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində İranın tələb etdiyi xüsusi iclas bu gün axşam saatlarında keçiriləcək.