Modern.az

Bakıda avtobusların hərəkəti dəyişir 

Bakıda avtobusların hərəkəti dəyişir 

Aktual

21 İyun 2025, 21:59

İyunun 24-ü saat 09:00-dan 26 iyun saat 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron-Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Abşeron-Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə təşkil ediləcək.

 

Ətr

aflı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU