Modern.az

Azərbaycandan ABŞ və İrana ÇAĞIRIŞ

Azərbaycandan ABŞ və İrana ÇAĞIRIŞ

Aktual

22 İyun 2025, 16:18

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda bütün tərəflər dialoq və diplomatiyaya üstünlük verməyə çağırılır.

 

"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

 

Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - bəyanatda qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU