Modern.az

ABŞ vətəndaşları quru yolla Azərbaycana gəldilər

ABŞ vətəndaşları quru yolla Azərbaycana gəldilər

Aktual

23 İyun 2025, 00:50

İrandan 10-dan çox ABŞ və İslam Respublikası vətəndaşı Azərbaycanın ərazisinə təxliyə olunub.

 

Modern.az xəbər verir, bu barədə APA məlumat yayıb.

 

Məlumata görə, gecə saatlarında Astaradakı Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə vətəndaşların təhlükəsiz şəkildə Azərbaycana keçidi təmin edilib.

 

“Sərhəddə bizə rahat keçid şəraiti yaradıldı. Təxliyəyə dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edirəm,” – deyə jurnalistlərə ABŞ vətəndaşı Aborzi Aborinq bildirib.

 

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə rəsmi müraciət edərək, İranda olan vətəndaşlarının tranzit qaydada Azərbaycandan keçərək ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU