Modern.az

ABŞ təyyarəsi Bakıya məcburi eniş etdi

ABŞ təyyarəsi Bakıya məcburi eniş etdi

Aktual

23 İyun 2025, 12:30

“American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Modern.az bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

"Boeing 787-9 Dreamliner" tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Zəruri prosedurlar başa çatdıqdan sonra hava gəmisinin uçuşu davam etdirilib və saat 10:31-də Bakıdan təyinat məntəqəsinə — London istiqamətində havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya təhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdə hava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı