Modern.az

ABŞ İranda rejimi dəyişdirə biləcək?

ABŞ İranda rejimi dəyişdirə biləcək?

Aktual

23 İyun 2025, 16:02

ABŞ Prezidenti Donald Trampın ötəngünkü sosial media paylaşımı diqqət çəkib. Belə ki, Tramp açıq şəkidə İranda rejim dəyişikliyinə çağırış edib.

O qeyd edib ki, əgər hazırkı İran hakimiyyəti ölkəni yenidən güclü və qüdrətli dövlətə çevirə bilməsə, ölkədə rejim dəyişikliyi qaçılmaz ola bilər: “Rejim Dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi İranı yenidən qüdrətli edə bilmirsə, niyə rejim dəyişikliyi olmasın?”.

Modern.az-a çaıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, ABŞ və Qərb ölkələrinin hər hansı ölkədə demokratik, cəmiyyətin iradəsinin nəzərə alındığı şəraitdə rejim dəyişikliyini dəstəklədiyini demək mümkün deyil:

“Reallıq ondan ibarətdir ki, ABŞ və Avropanın aparıcı ölkələri ayrı-ayrı ölkələrdə rejim dəyişikliklərini şərtləndirməklə, yaxud bunu arzulamaqla özlərinin geosiyasi maraqlarının daha üstün təmin olunması məqsədini güdürlər. Bunu başqa cür desək, hesab edirəm ki, ictimai rəyi çaşdırmış olarıq. İrandakı və ya hər hansı ölkədəki rejimi dəstəkləməkdən və ya ona qarşı çıxmaqdan söhbət getmir. Rejim dəyişikliyini mən post-neokolonializm mərhələsi kimi səciyyələndirirəm. Klassik formada nekolonializm ayrı-ayrı ölkələri öz nəzarətləri altında saxlayaraq, onların resurslarını maraqlarına uyğun istiqamətdə istifadə etməyə xidmət edir. Post neokolonializm mərhələsini səciyyələndirən cəhət isə ondan ibarətdir ki, məhz Qərb imkanları olduğu təqdirdə ayrı-ayrı  ölkələrdə rejim dəyişikliyi edir. Artıq onların nəzarəti altında olan rejimlər öz ölkələrinin resurslarını onları hakimiyyətə gətirən siyasi dairələrin maraqları istiqamətində sərf edirlər. Bu geosiyasi xarakter də ola bilər. Yeni rejimlər ABŞ və Avropa İttifaqının maraqlarına uyğun mövqe sərgiləyirlər. Belə rejimlər birbaşa Qərb siyasi dairələrinə bağlı olur və birbaşa onların təlimatı əsasında  fəaliyyət göstərirlər. Sonrakı dövrdə də rejimlər öz ölkələrinin resurslarını Qərb siyasi dairələrinin maraqlarına uyğun istifadə edirlər, yaxud buna imkan verirlər. İrandakı rejim dəyişikliyi heç də İranda yaşayan əhalinin, buradakı ayrı-ayrı xalqların maraqlarına uyğun olmayacaq.  Həmin coğörafiyada 2011-ci ildən sonra baş verənlər bir daha nümayiş etdirmiş oldu. Bir sıra ərəb ölkələrində çevirilişlər baş verdi. Qərbin əlində çox yaxşı bildiyi dövlət çevrilişi mexanizmləri var. Onlardan istifadə edərək, kütləvi şüura təsir göstərərək müxtəlif rejimlər dəyişdirildi. Bu gün də həmin ölkələrdə normal fəaliyyət göstərən dövlət idarəetmə sistemi mövcud deyil. Biz bu gün də həmin ölkələrdə insanların hüquqlarının və təhlükəsizliyinin normal qorunub saxlanıldığını müşahidə etmirik. Trampın, ümumilikdə Qərbin rejim dəyişikliyi ilə bağlı yanaşması onların öz maraqlarına xidmət edir. Yerlərdə cəmiyyətin kütlənin heç bir maraqlarına cavab vermir. Əksinə vəziyyət əvvəlkindən daha da acınacaqlı olur. Burada paradoksal bir vəziyyətdə var. Tutaq ki, vaxtilə ərəb ölkələrində hakimiyyətdən devrilənlərin hakimiyyətə gəlməsində Qərbin özü yaxından iştirak etmişdi. Hakimiyyətə gətirdikləri rejimləri də maraqlarına cavab verməyəndə aradan götürürlər. İtirən cəmiyyət və dövlət olur”.

Siyasi şərhçi vurğulayıb ki, Trampın paylaşımı ilə bağlı daha bir sual meydana çıxır:

“Tramp güclü və qüdrətli İran görmək istəyirmi? Bu, ümumiyyətlə, inandırıcı deyil. Dünyanın heç bir yerində ABŞ hər hansı dövləti güclü və qüdrətli görmək istəmir. Yenə də özünün təsiri altında güclü dövlət, cəmiyyət görmək istəyir. Eyni zamanda düşünmürəm ki, kimsə hesab edir ki, Qərb hansısa dövləti güclü görmək istəyir. Əksinə onun iradəsinə tabe olmayan güclü dövlətləri sıradan çıxarmağa çalışıblar. Beləliklə, ABŞ-nin qlobal liderlik strategiyasının həyata keçirilməsi istiqamətində növbəti addım müşahidə oluna bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?