Donald Trampın ABŞ prezidenti kimi bəyənilmə reytinqi 41%-ə düşüb.
Modern.az xəbər verir ki, bunu "Reuters" agentliyi ilə "Ipsos" tədqiqat şirkətinin birgə keçirdiyi sorğunun nəticələri göstərib.
Ayın əvvəli ilə müqayisədə Trampın reytinqi 1% faiz bəndi aşağı düşüb.
Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ən aşağı göstəricidir.
Sorğu təxminən üç faiz bəndi səhv nisbəti ilə 1139 ABŞ vətəndaşı arasında aparılıb.