Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya lideri Vladimir Putin alyansın gücünü yoxlamaq üçün yaxın 5 il ərzində NATO üzvü olan ölkələrə hücum edə bilər.
Modern.az xəbər verir ki, Zelenski “Sky News”a müsahibəsində deyib: “Biz inanırıq ki, 2030-cu ildən başlayaraq Putinin xeyli geniş imkanları ola bilər”.
O əlavə edib ki, Ukrayna hazırda Rusiyanı geridə saxlayır, lakin qarşıda yeni təhlükələr ola bilər:
“Bu gün o, Ukrayna tərəfindən saxlanılır”, - Zelenski xatırladıb.
Jurnalist Mark Ostin Rusiyanın bir neçə ay ərzində hücumunun mümkün olub-olmadığını soruşduqda, Zelenski belə cavab verib: “Mən Putinin hazır olduğuna inanmıram”.
Ukrayna prezidenti Rusiyanın artıq yeni hərbi kampaniyalar planlaşdırdığını vurğulayaraq Qərbi müdafiə xəarclərini artırmaq üçün gecikməməyə çağırıb:
"Hər halda Putinə fasilə lazımdır, sanksiyaların götürülməsi, təlim keçmiş orduya ehtiyacı var. 10 il isə çox uzun müddətdir. O vaxta qədər onun yeni ordusu hazır olacaq".