Modern.az

Rüstəm Xəlilov 20 Yanvar qəsəbə sakinlərinin problemlərini dinlədi - FOTO

Rüstəm Xəlilov 20 Yanvar qəsəbə sakinlərinin problemlərini dinlədi - FOTO

Aktual

24 İyun 2025, 13:27

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun 20 Yanvar qəsəbə sakinləri ilə görüşü şəhər 8 saylı tam orta ümumtəhsil müəssisəsinin baş tutub.

Modern.az xəbər verir ki, səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 


Dövlətlə vətəndaş arasındakı qarşılıqlı etimad mühitinin güclənməsi, insanları narahat edən məsələlərin həllinə həssaslıqla yanaşılması və birbaşa dialoqun inkişaf etdirilməsi üçün yerlərdə keçirilən səyyar görüşlərin önəminə toxunan İcra başçısı bildirib ki, səyyar görüşlərin keçirilməsində məqsəd yerli sakinlərin şəxsi və ümumi problemlərinin öyrənilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması, insanların həyat şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilməsidir. Səyyar görüşdə iştirak edən qəsəbə sakinləri ödənişlərin həyata keçirilməsi üçün “Million” ödəniş terminalının qoyulmasını, qəsəbə daxili yolunun əsaslı təmir olunmasını və layihə üzrə aparılan şəhərin kanalizasiya çəkilişi işlərinin də qəsəbəni əhatə etməsinin və s. müxtəlif məzmunlu təklif və müraciətlərlə çıxış ediblər.  Görüşdə vətəndaşlar dinlənilib, onların qaldırdıqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb, qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!