Modern.az

Azərbaycanla Çin arasında vizadan azad edilmə qüvvəyə minir

Azərbaycanla Çin arasında vizadan azad edilmə qüvvəyə minir

Aktual

24 İyun 2025, 17:05

23 aprel 2025-ci il tarixində Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.

XİN-dən Modern.az-a verilən xəbərə görə, bununla, müvafiq müddəaya uyğun olaraq, saziş 16 iyul 2025-ci il tarixində qüvvəyə minir.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikasının vətəndaşları və Çin Xalq Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik Çin Xalq Respublikasının vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!