Modern.az

İranda rejim dəyişikliyini istəmirəm, xaos ola bilər - Tramp 

İranda rejim dəyişikliyini istəmirəm, xaos ola bilər - Tramp 

Aktual

24 İyun 2025, 17:10

ABŞ prezidenti Donald Tramp bu gün yenidən İranda rejim dəyişikliyini görmək istəmədiyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumatında bildirilib.

Onun fikrincə, bu, xaosa gətirib çıxaracaq.

Tramp NATO sammitinə gedən Air Force One təyyarəsində jurnalistlərə deyib ki, İranın nüvə silahı olmayacaq.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin ona zəng vurub İran probleminin həllinə kömək etməyi təklif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!