Azərbaycanın Milli Qəhrəmanları Hökumə Əliyeva və Aleksandr Kalyaninovun ailə üzvləri Qazaxıstanın Aktau şəhərinə gediblər.
Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli məlumat verib.
Onlar Aktauda qəza yerini ziyarət ediblər.
Qeyd edək ki, H.Əliyeva və A. Kalyaninovun yaxınları hadisə baş verən əraziyə ilk dəfə gediblər.
Hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi isə bu ilin mart ayında faciənin baş verdiyi əraziyə getmişdi.
Xatırladaq ki, AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.