Modern.az

Nazim Bəydəmirlinin hökmü qüvvədə qaldı

Nazim Bəydəmirlinin hökmü qüvvədə qaldı

Aktual

24 İyun 2025, 17:39

Ali Məhkəmə iki ildir həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli haqqında hökmü qüvvədə saxlayıb.

Modern.az xəbər verir ki, iyunun 24-də Şahin Yusifovun sədrlik etdiyi proses onun kasasiya şikayətinə baxıb və təmin etməyib.

N.Bəydəmirlinin özü ərizə yazaraq məhkəməyə qatılmaq istəmədiyini bildirdiyindən prosesdə iştirak etməyib.

Vəkili Aqil Layıc deyib ki, artıq ölkə daxilində N.Bəydəmirlinin hüquqi müdafiə vasitələri tükənib. Yəqin ki, Avropa Məhkəməsinə şikayət edəcəklər.

N.Bəydəmirli hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. N. Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!