Modern.az

Fransanın müstəmləkə siyasəti qınanmalıdır

Fransanın müstəmləkə siyasəti qınanmalıdır

Aktual

25 İyun 2025, 09:50

"Fransa bilavasitə öz prezidentləri vasitəsilə müstəmləkə siyasətinə hüquqi don geyindirməyə çalışıb və heç vaxt hüquqi dövlət olmayıb".

Modern.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Qvadelupun Dekolonizasiyasına Doğru: Problemlər və Perspektivlər" adlı tematik konfransın "Müstəmləkəçilik tarixi və yaddaşı" panelində Qvadelup təmsilçisi Luk Reniette bildirib.

Onun sözlərinə görə, müstəmləkə siyasətini möhkəmləndirməyə çalışan Fransanın bunun cinayət olduğunu bilməsi vacibdir:

"Aparılan kolonizasiya siyasəti buna məruz qalan xalqların qul, müstəmləkəçilərin isə quldarlıq siyasətinin gücləndirilməsi məqsədi daşıyırdı. Afrikanın bir çox ölkələri bu siyasətə məruz qalıb. O zaman Fransa ordusu müstəmləkə ölkələrinin əhalisindən tam tabeçilik tələb edirdi. Öz müstəmləkə siyasətini möhkəmləndirməyə çalışan Fransa bunun cinayət olduğunu bilməlidir. İndiyədək dünya miqyasında bizim azadlığımız üçün müxtəlif sənədlər qəbul edilib, lakin Fransa bu sənədləri beynəlxalq siyasi gündəmdən çıxarmağa çalışır. Fransa Afrikaya ancaq bədbəxtlik gətirib. İrqçi şəxslər eləcə də vaxtilə Fransanın prezidenti olmuş Pompidu davamlı olaraq istəyirdi ki, müstəmləkə dövlətlərini və xalqlarını nəzarətdə saxlasın. Həmçinin, Fransada hökumət səviyyəsində açıq şəkildə irqçi çağırışlar səsləndirilirdi. Bütün bunlar onu göstərir ki, bizim dekolonizasiya istiqamətində fəaliyyətimiz gücləndirilməlidir. Fransa bilavasitə öz prezidentləri vasitəsilə müstəmləkə siyasətinə hüquqi don geyindirməyə və onu daha da gücləndirməyə çalışır. Bütün bunların qarşısını almaq üçün çalışmalı və bilməliyik ki, Fransa heç vaxt hüquqi dövlət olmayıb".

Luk Reniette bəyan edib ki, dünya ictimaiyyəti Fransanın müstəmləkə siyasətini qınamalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?