İsrailin hava hücumları nəticəsində həlak olan iranlı komandirlərin milli dəfn mərasimlərinin tarixi açıqlanıb.
Modern.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, iranlı komandirlərin milli dəfn mərasimləri Tehran və Gülpayiqanda keçiriləcək.
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsinin verdiyi məlumata görə, SEPAH komandanı Hüseyn Səlami və onun şəxsi katibi, briqada generalı Məsud Şane-i üçün 26 iyunda yerli vaxtla saat 09:00-da məmləkəti Gülpayiqanda dəfn mərasimi keçiriləcək.
Ümumiyyətlə həyatını itirmiş komandirlərin ümummilli dəfn mərasimi 28 iyun 2025-ci il tarixində - şənbə günü yerli vaxtla saat 08:00-da Tehran Universitetindən başlayaraq Azadi meydanında ictimaiyyətin geniş iştirakı ilə yekunlaşacaq.