Modern.az

Qadın sərnişinlərlə qeyri-etik davranan taksi sürücüsü saxlanıldı

Qadın sərnişinlərlə qeyri-etik davranan taksi sürücüsü saxlanıldı

Aktual

25 İyun 2025, 12:12

Qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb olunub.

Modern.az xəbər verir ki, polis əməkdaşları tərəfindən Binəqədi rayonunda həyata keçirilən profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.

Qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur. Bu halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?