Modern.az

Əhliman Əmiraslanov parlamentdə vətəndaşları qəbul edib - FOTO

Əhliman Əmiraslanov parlamentdə vətəndaşları qəbul edib - FOTO

Aktual

25 İyun 2025, 12:54

İyulun 25-də Milli Məclisin inzibati binasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

Modern.az xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?